Arvadını öldürən maştağalıya hökm oxundu
Noyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qısqanclıq zəminində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Bakı şəhəri sakininin məhkəməsi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağakişi Tağıyevə hökm oxunub. Hökmə əsasən? A. Tağılyev 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu ilin avqustun 18-də Bakı şəhəri Sabunçu rayonu Maştağa sakini A.Tağıyev evində qısqanclıq zəminində arvadı Zahidə Tağıyevanı boğaraq qətlə yetirib və könüllü polisə təslim olub. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

370