Qobustan həbsxanasında 2 məhkum intihara cəhd edib
Penitensiar Xidmət isə məlumatı təkzib edir
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasında cəza çəkən ömürlük həbsə məhkum edilmiş məhbuslardan ikisi intihara cəhd edib.
Bu barədə Lent.az-a ömürlük məhkumların yaxınları məlumat verib. Onların sözlərinə görə, həbsxanada cəza çəkən İlqar Bayram oğlu Bayramov və Zaur adlı məhkum bir müddət əvvəl müəssisə rəhbərliyinin göstərişi ilə “kars”a salınıblar. Buna etiraz edən məhbuslar özlərinə kəsici alətlə xəsarət yetirərək intihara cəhd göstəriblər. Lakin həbsxana rəhbərliyinin müdaxiləsi ilə adıçəkilən məhbuslar dərhal Müalicə Müəssisəsinə köçürülüb. Hazırda onların hər ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən isə Lent.az-a faktı təkzib edərək belə bir hadisənin baş vermədiyi bildirilib.
Hafiz Heydərov

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33