Məhkəmədə tərcüməçi problemi
Kambocalı təqsirləndirilən şəxsin çıxışının tərcüməsində problem yaranıb
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən əcnəbi vətəndaşların cinayət işi üzrə proses keçirilir.
Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə bu gün Kamboca krallığının təqsirləndirilən vətəndaşı Sak Makara vəsatətlə çıxış edib.
O, azərbaycanca və ingiliscə başa düşmədiyi üçün Kamboca dilində bilən şəxsin tərcüməçisi olmasını istəyib. Məhkəmə Makaranın vəsatətini təmin edib. Prosesdə cinayət işinin ibtidai istintaqa qaytarılması haqda qərar çıxarılıb.
Qeyd edək ki, Sak Makara Nigeriya vətəndaşı Odek Emmanuellə birgə iyulda Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycana külli miqdarda narkotik gətirərkən, gömrük xidməti əməkdaşları tərəfindən yaxalanıblar.
Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3 (külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

510