Ağdaşda caninin zərərsizləşdirilməsi barədə rəsmi məlumat yayıldı
Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu (BP) Ağdaş rayonunda cinayətkarın zərərsizləşdirilməsi ilə bağlı birgə məlumat yayıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, 2009-cu il oktyabrın 18-də istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş Ağdaşın Kotavan kənd sakini Ruzman Hüseynovun tutulması məqsədi ilə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib. Tədbir zamanı Ruzman Hüseynov qanunsuz əldə edib saxladığı və gəzdirdiyi avtomat silahdan polis işçilərinə atəş açıb, onların üstünə əl qumbarası atıb partladıb, xidməti vəzifələrini yerinə yetirən əməkdaşları ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd edərək qaçıb gizlənib.
Həmin gün saat 22.30 radələrində o, həmkəndlisi Baxşəli Seyfəlovu qisas almaq məqsədi ilə avtomat silahla öldürüb, atəş səslərinə gələn digər həmkəndliləri Abdulla Əhmədov, Eynulla İslamov və Famil Əhmədov istiqamətində atəş açaraq, sonuncuya güllə xəsarəti yetirib və hadisə yerindən qaçıb.
Bununla əlaqədar Ruzman Hüseynov barəsində Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq və əməliyyat-axtarış qrupu yaradılıb.
Oktyabrın 23-ü saat 05.00 radələrində Ruzman Hüseynovun Kotavan kəndi ərazisindəki meşə massivində gizlənməsi barədə məlumat daxil olub. Aparılmış əməliyyat tədbirləri nəticəsində cinayətkar təslim olsa da, sonradan qaçmağa cəhd göstərib və zərərsizləşdirilib.
Fakt üzrə başlanılmış cinayət işinin istintaqı davam etdirilir.

628