Bakıda “sevgili”sini öldürüb, qarət edən homoseksualistin məhkəməsi başladı
21 oktyabr 2009 13:00 (UTC +04:00)

Bakıda “sevgili”sini öldürüb, qarət edən homoseksualistin məhkəməsi başladı

Oktyabrın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməkdə təqsirləndirilən Cəbrayıl rayon sakinin məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən Orxan Səfərov özünü təqsirli bilib. O deyib ki, öldürdüyü şəxs Arif Zuxrabov homoseksualist olub.


A.Zuxrabovla kafelərin birində tanış olduğunu söyləyən O.Səfərov xəlvət bir yerə gedərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirib: “2005-ci ilin payızından hadisəni törədənə qədər onunla mütəmadi qeyri təbii yolla cinsi əlaqədə olmuşam”.


Onun sözlərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra yenə də A.Zuxrabovla görüşməyə başlayıb. Təqsirləndirilən şəxs A.Zuxrabovla onun Qala qəsəbəsində özünə tikdirdiyi evində görüşdüyünü bildirib: “Ayda təxminən 3-4 dəfə Arifin evinə gəlmişəm. Təxminən bir saat onunla intim əlaqədə olmuşam və daha sonra getmişəm”.

O.Əliyev A.Zuxrabovun homoseksualist müştəriləri həddən artıq çox olduğunu söyləyib: “O, hər gün görüşə gedib və buna görə də müştəriləri ona pul verib. Lakin Arif heç vaxt onunla cinsi əlaqədə olduğuma görə, məndən pul istəməyib. İyunun 14-də evimizdə sevdiyim Rima adlı qızla nişanlanmaqla bağlı valideynlərimlə mübahisəm olmuşdu, buna görə də evə getmirdim, Rəsulzadə qəsəbəsində dayımgildə qalırdım. İyunun 19-da səhər Qala stansiyasına gələrək, orada vaxtımı keçirdim, axşam saatlarında Arif də kafeyə gəldi. Biz birlikdə çay içərkən Arifin telefonuna mesaj yazaraq, gecə yanına getməyimin mümkün olduğunu soruşdum. Arif də mənə “hə” deyə cavab yazdı. Sonra Arif çıxıb getdi. Saat 23.30 radələrində Arifin yanında adam olub-olmamasını öyrənmək məqsədilə ona “təksən, gəlim yanında qalım” sözlərini mesajla göndərdim. Arif isə mesajla “gəl, evdə qənd, çay, siqaret yoxdur, əgər imkan varsa, dükandan yeməyə bir şey al” cavabını verdi. Mən də dükandan bir qutu siqaret, qənd və çay alaraq, Arifin evinə getdim. Bütün gecəni orda qaldım”.



O.Əliyev qətli törətməsinin səbəblərini də danışıb: ”Gecə Arifgildə olan zaman mənə kreditə təzə televizor və soyuducu aldığını söylədi. Gecə onunla qaldım və səhər tezdən getdim. Arifin özünə təzə televizor və soyuducu aldığını bildiyim üçün onun pulu olacağını güman etdim. Gecə Arifin evində qalaraq, onu öldürüb, sonra da televizoru və soyuducunu aparıb satmaq, evi axtararaq, pulları da tapmaq qərarına gəldim”.


A.Zuxrabovla birlikdə olduqdan sonra onun yuxuya getməsini gözlədiyini bildirən təqsirləndirilən şəxs mətbəxdən bıçağı götürərək, ona çoxsaylı zərbələr vurduğunu söyləyib.


Daha sonra prosesdə A.Zuxrabovla cinsi əlaqədə olan digər şəxslər şahid qismində ifadə veriblər. Proses davam edir.



İttihama görə, Cəbrayıl sakini, 1987-ci il təvəllüdlü Orxan Əliyev Qala qəsəbəsində tək yaşayan tanışı Arif Zuxrabovu qətlə yetirib, onun evində axtarış aparıb, lakin qiymətli heç nə tapa bilməyib. O, A.Zuxrabova məxsus dəyəri 174 manat olan mobil telefonunu və pal-paltarını oğurlamaqla, onun 209 manat dəyərində əmlakını ələ keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar