10 yaşlı oğlanı zorlayan iki nəfərə cəza verildi
Cəlilabad sakinləri 8 illik həbsə məhkum edildilər
Oktyabrın 19-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə 10 yaşlı oğlanı zorlamaqda təqsirləndirilən Cəlilabad rayon sakinlərinə hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə təqsirləndirilənlər Taleh Qasımov və Oqtay Abbasovun törətdiyi əməlin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə T.Qasımov və O.Abbasov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum olunublar.
İttihama əsasən, 2009-cu ilin iyul ayında Cəlilabad rayon sakinləri T.Qasımov və O.Abbasov qonşuluğunda yaşayan 10 yaşlı Elnuru (adı şərti verilib) tənha yerə apararaq zorlayıblar.
Fərid Əkbərov

522