Şəmkir Rayon Polis Şöbəsinin rəisi dəhşətli yol qəzası barədə danışdı
19 oktyabr 2009 18:00 (UTC +04:00)

Şəmkir Rayon Polis Şöbəsinin rəisi dəhşətli yol qəzası barədə danışdı

“Hadisəni törətmiş avtomobili yol patrul maşını təqib etməyib”


Şəmkir Rayon Polis Şöbəsinin rəisi, polis podpolkovniki Namiq İsmayılov oktyabrın 18-də Bakı-Qazax yolunun Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisindən keçən hissəsində baş verən dəhşətli yol qəzası barədə açıqlama verib.


Namiq İsmayılov Lent.az-a bildirib ki, oktyabrın 18-də saat 16:00 radələrində Tovuz rayonunun Düz Qırıxlı kəndində anadan olmuş və orada yaşayan Məmmədov Ayaz Cəmil oğlu idarə etdiyi “VAZ 21074” markalı, 60 BK 240 dövlət nömrə nişanlı avtomobili Bakı şəhəri istiqamətində hərəkət etdirərkən Bakı-Qazax yolunun Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisindən keçən hissəsində qəza törədib.


O, yolun kənarında dayanmış həmin kənddə yaşayan 1990-cı il təvəllüdlü Mustafayev Şahin İlham oğlunu, 1937-ci ildə Şəmkir rayonunun Muxtariyyə kəndində anadan olmuş, orada yaşayan Həsənov Ələddin Vəli oğlunu, o cümlədən 1990-cı ildə Şəmkir rayonunun Muxtariyyə kəndində anadan olmuş, hazırda orada yaşayan Hüseynli Anar Zirəddin oğlunu vurub. Şahin Mustafayev xəsarət alıb və xəstəxanaya aparılıb. Ələddin Həsənov və Anar Hüseynli hadisə yerində keçiniblər.


Baş vermiş hadisə ilə əlaqədar yol patrul inspektoruna məlumat verilib və hadisə yerinə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin yol polis xidməti alayının 9-cu taqımının yol patrul xidməti inspektoru, polis serjantı Allahverdiyev Rəşad Faiq oğlu, həmin tağımın inspektoru Mehdiyev Emin Bayram oğlu və Hüseynli Vidadi Çoban oğlu gəliblər, hadisə yerinin mühafizəsi ilə məşğul olublar.


Polis Şöbəsinin rəisi bildirib ki, ora yaxınlaşan, sərxoş vəziyyətdə olan bir qrup şəxs guya qəza törətmiş avtomobili yol patrul inspektorlarının təqib etdiyini deyiblər və ətrafda olan əhalini polis əməkdaşlarına qarşı zorakılıq göstərməyə çağırırlar. Oraya yığılmış kütlə tərəfindən 2 yol patrul avtomobili aşırılıb. Hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gediblər və oradakı vətəndaşları sabitliyə riayət etməyə çağırıblar. Lakin sərxoş vəziyyətdə olan insanlar Polis Şöbəsinin əməkdaşlarının bu tələblərinə məhəl qoymayıblar.


Namiq İsmayılov deyib ki, müxtəlif mətbu orqanlarda yanlış məlumat işıq üzü görüb, guya hadisəni törətmiş avtomobili yol patrul maşını təqib edib: “Bu, tamamilə yalandır. 18 oktyabr tarixdə sürücü Ayaz Məmmədov özü müstəntiqlər tərəfindən dindirilib. O, heç kim tərəfindən təqib olunmadığını söyləyib. Həmin sürücüyə yardım edən və hadisəni görən şəxslər müəyyən ediliblər. Həmin vaxt yolda hərəkət edən başqa bir avtomobilin sürücüsü ifadə verərək bildirib ki, hadisəni törədən avtomobil onu yüksək sürətlə ötmə əməliyyatı keçirib. Görünür ki, Ayaz Məmmədov idarəetməni itirdiyindən yolun hərəkət hissəsinin sağ tərəfindən yolun hərəkət hissəsinin sol tərəfində doğru hərəkət edib və yol kənarında olan vətəndaşları vurub”.

Polis Şöbəsinin rəisi qeyd edib ki, avtomobilin vurduğu insanların cəsədləri 20-30 metr aralıya, magistral yoldan kənardakı çökəkliyə atılıb: “Çox təəssüf ki, müxtəlif mətbu orqanlarda guya yol patrul maşınının meyitin üstündən keçdiyi yazılıb. Bu, həqiqətə uyğun deyil. Təxminən yoldan 10 metr aralıda meyvə satan həmin kənd sakinləri hadisə zamanı orada yol patrul maşınının olmadığını bildiriblər. Digər tərəfdən, başqa şahidlər də var ki, həmin vaxt yol patrul maşınının Gəncə istiqamətindən hadisə yerinə gəldiyini göstərirlər. Burada xəsarət alan vətəndaş da dindirilib. O da hadisə vaxtı orada yol patrul maşınının olmadığını göstərib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2194

Oxşar yazılar