“Azəri-star”ın təşkilatçısı məhkəmədə ifadə verdi
Kemal Cenk: “Elbrus Əliyev vədinə əməl etmədi”
Oktyabrın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC-nin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə “Azəri-star 2007 ” musiqi yarışmasının təşkilatçısı Kemal Cenk şahid qismində ifadə verib.
K.Cenk “Azəri-star 2007” musiqi yarışması keçirilən vaxt E.Əliyevin rəhbəri olduğu “GEN” MMC ilə yarışmaya sponsorluq etməsi haqqında müqavilə bağladığını söyləyib: ““Space” televiziyasında yayımlanan yarışmaya təşkilatçılığı “GEN” MMC edib. Yarışmanın yayımlandığı 12 həftə ərzində hər proqramda şirkətin adı 3 dəfə çəkilib. Yarışma qurtarana qədər “GEN” MMC reklam olunub”.
E.Əliyevin yarışmanın qalibinə Bakı şəhəri Yasamal rayonu Topçubaşov 151 ünvanında yerləşən binadan 1 otaqlı mənzil verəcəyi barədə söz verdiyini söyləyən K. Cenk bildirib ki, E.Əliyev vədinə əməl etməyib: “Mən heç kəsə ev verəcəyim barədə söz verməmişəm. Mən yarışmanın təşkilatçısıyam. Yarışmanın qalibi Zakir Bağırova təqdim olunan açar isə simvolik olub. E. Əliyevdən qalibə veriləcək mənzil haqqında soruşanda, o, evin hələ hazır olmadığını, lakin veriləcəyini bildirib. Amma təəssüflər olsun ki, bu günə qədər ev verilməyib”.
E.Əliyev ibtidai istintaqa və məhkəmədə verdiyi ifadəsində “GEN” MMC-nin reklamı üçün K. Cenkə ümumilikdə 45 min ABŞ dolları verdiyini bildirib. K.Cenk isə E. Əliyevin yalan danışdığını söyləyib. “Mən heç kəsdən pul almamışam. E. Əliyevlə bağlanan müqavilədə “GEN” MMC-nin yarışmaya təşkilatçılıq etməsi öz əksini tapıb. Təşkilatçılığın qarşılığı olaraq biz də onu reklam etmişik”.
Daha sonra prosesdə nəşriyyat, reklam və poliqrafiya işləri ilə məşğul olan “Sadiq” MMC-nin direktoru Saleh İsayev əlavə şahid qismində ifadə verib. S. İsayev Gəncə prospektində “Sadiq” MMC-nin mülkiyyətində olan ərazini E. Əliyevə bina tikmək üçün satdığını bildirib. O, satılan ərazinin qarşılığında E.Əliyevin həmin tikiləcək binadan ona və Həsən adlı şərikinə 4 dənə mənzil verəcəyini bildirib. E.Əliyev isə S.İsayevin yalan ifadə verdiyini söyləyib. O, həmin yerə görə S.İasyevə 25 min ABŞ dolları verdiyini bildirib.
Zərərçəkənlərin vəkili Vidadi İsgəndərov “GEN” MMC-nin reklamını edən şəxslərin hamısının məhkəmədə ifadə vermələrinin vacib olduğunu söyləyib. Məhkəmə isə həmin şəxslərə məktub göndərildiyini, lakin onlardan xəbər çıxmadığını söyləyib.
Proses sabah sənədlərin elan olunması ilə davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunurlar.
Cinayət işi üzrə 10 nəfər şəxs təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb.
Fərid Əkbərov

1288