İtlər 4 günlük körpəni parçaladı
Polis qız uşağını zibilliyə atan ata və ananı axtarır
İstanbul Böyük Şəhər Bələdiyyəsinin Odayeri kəndinin ərazisində yerləşən zibilxanasında 4 günlük qız uşağını itlər parçalayaraq, yeyib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zibilxanada çalışan işçilər bunu görərək polisə zəng ediblər.
Hadisə yerinə gələn polislər itləri artıq ölən körpənin ətrafından uzaqlaşdırıblar. Cəsəd müayinə edilmək üçün “morq”a göndərilib.
Polis itlərin öldürdüyü körpənin evlilikdən kənar münasibətlər nəticəsində dünyaya gəldiyini, zibil qabına atıldığını və sonra zibildaşıyan maşınla zibilxanaya gətirildiyini güman edir. Polis indi körpəni atan ana və atasını axtarır.

497