4 aylıq körpəsinin başını kəsən ata məcburi müalicəyə göndərildi
Zaqatala sakini 1 saylı Maştağa Ruhi-Əsəb Dispanserində müalicə olunacaq
Oktyabrın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 4 aylıq övladının başını kəsməkdə ittiham olunan Zaqatala rayon Axaxdərə kənd sakini, 24 yaşlı Cəfər Zigilovun məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın,məlumatına görə, məhkəmə C. Zigilovun hadisəni anlaqsız vəziyyətdə törətməsini nəzərə alaraq, onun barəsində məcburi müalicə təyin edib.
Məhkəmənin qərarı ilə C.Zigilov 1 saylı Maştağa Ruhi-Əsəb Dispanserinə göndərilib.
Qeyd edək ki, C. Zigilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu ( təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham olunub.
2008-ci il iyunun 26-da C.Zigilovun həyat yoldaşı Gülpəri İsmayılova ilə aralarında qısqanclıq zəminində münaqişə yaranıb. Bundan sonra C.Zigilov digər otağa keçib, mətbəx bıçağı ilə 4 aylıq qızı Arzu Zigilovanın başını kəsərək qətlə yetirib.
Fərid Əkbərov

Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45