Ramil Səfərov anasının ölümündən xəbər tutub
09 oktyabr 2009 15:30 (UTC +04:00)

Ramil Səfərov anasının ölümündən xəbər tutub

O, ailəsinə zəng vuraraq başsağlığı və təskinlik verib

Macarıstanda erməni hərbçi Qurgen Marqaryanı öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərov anasının ölümündən xəbər tutub. Bu barədə Lent.az-a zabitin ailəsindən məluma verilib.

Belə ki, R.Səfərova anasının ölümü barədə xəbər ailəsinin istəyilə oktyabrın 8-də verilib. Zabit həmin gün ailəsinə zəng vuraraq başsağlığı və təskinlik verib, onları təmkinli olmağa çağırıb. Ailəsi də öz növbəsində ona başsağlığı bildirərək, təsəlli verib. R.Səfərov Bakıdakı evlərinə bu gün də zəng vurub.

Uzun müddətdir ağır onkoloji xəstəlikdən əziyyət çəkən Nübar Səfərova oktyabrın 3-də dünyasını dəyişib. 1950-ci il təvəllüdlü N.Səfərova bundan əvvəl iki dəfə əməliyyat keçirib.

Xatırladaq ki, R.Səfərov erməni zabiti Q. Marqaryanı öldürməkdə təqsirli bilinərək Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Pərvin ABBASOV
# 293

Oxşar yazılar