Blogerlər məhkəmədə ifadə veriblər
09 oktyabr 2009 11:30 (UTC +04:00)

Blogerlər məhkəmədə ifadə veriblər

“Biz günahsızıq”

Oktyabrın 9-da Səbayel rayon Məhkəməsində Emin Milli və Adnan Hacızadənin barəsində başlanan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Araz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Emin Millinin vəkili Elton Quliyev hadisə iştirakçılarını müayinə edən həkim ekspert Məcid Məmmədovun zərərçəkən Vüsal Məmmədov barəsində verdiyi ekspert rəyinin qərəzli olduğunu bildirib. O, V.Məmmədov barəsində verilən ekspert rəyinin cinayət işi materiallarında sübut kimi sayılmaması vəsatəti ilə çıxış edib. Dövlət ittihamçısı isə vəsatətin vaxtından əvvəl verilmiş vəsatət kimi qiymətləndirərək rədd edilməsini istəyib.

Məhkəmə də ekspertin rəyi və xəstəlik tarixinin tətdqiq olunmadığına görə, vəsatəti təmin etməyib.

Sonra prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

A.Hacızadə ifadəsində zərərçəkənlərin hər ikisinin fiziki cəhətdən onlardan üstün olduğunu söyləyib: “Nə mən, nə də Emin heç vaxt idman ilə məşğul olmamışıq. Lakin zərərçəkənlər Babək Hüseynov və Vüsal Məmmədov hər ikisi idmançı idilər. Hadisə baş verən gün bizim stola birinci V.Məmmədov yaxınlaşıb və ağır söyüşlərlə Emini təhqir edərək “nə deyirsən” deyib və ona kəllə zərbəsi endirib. Emin də bu zərbənin təsirindən yerə yıxılıb. Sonra V.Məmmədov mənim üstümə gələrək, burnumdan zərbə endirib. Biz özümüzü müdafiə edə bilməyəcəyimizi görüb restorandan çıxaraq ən yaxın polis bölməsinə getdik. Əvvəlcə 39-cu polis bölməsinə getdik. Orada bizə hadisə baş verən ərazinin 9-cu polis bölməsinə aid olduğunu dedilər və biz həmin bölməyə getdik. Lakin məhkəmədə ifadə verən polis əməkdaşları isə bizi bölməyə özlərinin apardığını söyləyiblər. Onlar yalan danışırlar”. A.Hacızadə günahsız olduğunu və heç kəsə əl qaldırmadığını söyləyib. O, ictimai fəaliyyəti ilə əlaqədar həbs olunduğunu bildirib: “Mən hesab edirəm ki, bu həbs mənim ictimai fəaliyyətimlə əlaqəlidir. Bu barədə Respublika Baş prokurorluğuna yazmışam”. A.Hacızadə cinayət işinin materiallarında xarakteristikasının da səhv göstərildiyini söyləyib: ”Mənim iki ali təhsilim var. ABŞ-da təhsil almışam. Ondan sonra ATƏT-də və BP-də işləmişəm. İşlədiyim yerlərdə mənim heç bir nöqsanım olmayıb. Mən ictimai fəaliyyətim ilə əlaqədar gənclər təşkilatı yaratmışam Bu təşkilat da zorakılığa qarşı yaradılmış bir təşkilatdır. Lakin cinayət işinin materialllarında isə məni daimi iş yeri olmayan bir avara kimi təqdim ediblər”.

Digər təqsirləndirilən şəxs E. Milli isə ifadəsində ilkin istintaqa verdiyi ifadəni və A.Hacızadənin dediklərini təsdiqlədiyini bildirib.

Proses oktyabrın 13-də davam etdiriləcək.


Qeyd edək ki, E. Milli və A. Hacızadə iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21