Gürcüstan vətəndaşına 12 il həbs cəzası verildi
08 oktyabr 2009 11:30 (UTC +04:00)

Gürcüstan vətəndaşına 12 il həbs cəzası verildi

Oktyabrın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməkdə ittiham olunan Gürcüstan vətəndaşına hökm oxunub.

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Gürcüstan vətəndaşı Ülfət Bayramov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Ü.Bayramov 2009-cu ilin aprelin 17-də Binəqədi rayon Goradil bağ massivində iş yoldaşı, 48 yaşlı İqor Vikolskini bıçaqlayaraq qətlə yetirib.

Bakıda yeni tikililərin birində fəhlə işləyən həmyerlilər işdən sonra spirtli içki içiblər və həmin zaman aralarında yaranan mübahisə zəminində Ü. Bayramov İ.Vikolskini bıçaqlayaraq qətlə yetirib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar