“Atamı bacımı zorladığı üçün öldürdüm”
Mərhumun bacısı da təqsirləndirilən şəxsin ifadəsini təsdiqləyib
Oktyabrın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə atasını öldürməkdə təqsirləndirilən Hacıqabul rayonu sakininin məhkəməsi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxs Həsrət Şahverənov ifadə verib. H.Şahverənov atasının neçə illərdir ki, onlara əzab verdiyini söyləyib:
“Atam hər gün evdə dava-dalaş salırdı. Anamı, bacılarımı və qardaşımla məni hər gün döyürdü. Onu öldürməyimə səbəb isə onun bacımı zorlamasıdır. 15 yaşından bəri bacımı zorlayır. Bacımın hazırda 27 yaşı var. Bunu evdəkilərin hamısı bilirdi, hətta qohumlar da xəbərdar idilər. Lakin biz uşaq olduğumuza görə əlimizdən heç nə gəlmirdi. Nəhayət, o gün gəlib çıxdı. Artıq atam hamımızı boğaza yığmışdı. Yenə evə gəlib bacımı və qardaşımı təhqir eləmişdi. Evdən saman presləmək üçün alınan kəndirlə onu boğub öldürdüm. Bu hadisə ailə üzvlərinin gözü qabağında oldu. Lakin heç kəsə hadisə barəsində həqiqətləri demədik. Atamın təzyiqdən öldüyünü dedik. Onu adət-ənənə ilə dəfn elədik”.
Prosesdə sonra zərərçəkən qismində Tənzilə Zeynalova ifadə verib. O, ifadəsində qardaşı Sabir Şahverənovun öz ailəsinə çox əzab verdiyini bildirib. T.Zeynalova Sabirin də öz atasını vuraraq öldürdüyünü və onun qabağına da belə taleyin çıxdığını söyləyib. O, təqsirləndiriləndən şikayətçi olmadığını bildirib. “Nə tökərsən aşına, o da çıxar qaşığına” deyərək H.Şahverənovun haqlı olaraq atasını öldürdüyünü söyləyib.
Proses oktyabrın 14 də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən H. Şahverənov 2009-cu il martın 26-da ailə münaqişəsi zəminində atası S. Şahverənovu kəndirlə boğaraq qətlə yetirib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir.
Fərid Əkbərov

997