Müsavat başqanının müavini yol qəzasına düşdü
Müsavat Partiyası başqanının müavini, məşhur politoloq Qabil Hüseynli Salyan rayonu ərazisində yol qəzasına düşüb. Bu barədə Lent.az-a Q.Hüseynli özü məlumat verib.
Salyana dekabr ayında keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar getdiyini deyən Q.Hüseynli “Moskviç” markalı avtomobilin onların əyləşdiyi maşını yan tərəfdən vurduğunu bildirib: “Mən “Jeep” markalı avtomoldə arxa tərəfdə oturmuşdum. Sürücünün yanında isə Müsavatın Salyan rayon təşkilatının sədri əyləşmişdi. Hadisənin baş verdiyi Salyandakı ara küçəsində heç bir svetafor-filan yoxdur. “Moskviç” bizi böyürdən vurdu. Nəticədə əyləşdiyimiz maşın üç dəfə fırlanıb, yaxınlıqdakı xəndəyə düşdü. Hadisə zamanı mən huşumu itirdim. Sonradan bildim ki, başımda balaca bir şiş əmələ gəlib və həmin yer qanayıb. Bir də boynumda möhkəm ağrılar var idi. Sürücü ilə digər sərnişin isə sağ-salamatdır. Yaxşı ki, bizim maşın “Jeep” idi. Əks təqdirdə, ağır xəsarət ala bilərdik. Məsələn, bizim maşının yerinə “Jiquli” olsaydı, nəticə bizim üçün çox pis qurtaracaqdı”.
Hazırda özünü yaxşı hiss etdiyini deyən Q.Hüseynli yerli DYP əməkdaşlarının günahı məhz onlarda gördüyünü də bildirib: “Onlar bir az yerlipərəstlik etdilər, deyəsən”.
Q.Hüseynli hadisənin sui-qəsd olması barədə iddiaları isə qəti şəkildə təkzib edib.
Pərvin ABBASOV

511