Minaya düşən 19 yaşlı əsgər komadan çıxıb
Tovuzdakı N saylı hərbi hissənin əsgəri sentyabrın 28-də minaya düşüb
Sentyabrın 28-də Tovuzdakı N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən əsgər Əhmədov Pərviz Vaqif oğlu minaya düşdüyü üçün Şəmkir rayonunda hərbi hospitalında yatırdı. Ötən günlər ərzində bir ayağını itirmiş, gözündə qəlpə olan əsgərin vəziyyəti ağır idi. Hərbi hospitalın həkimi Məhərrəm Müzəffərovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, artıq 19 yaşlı oğlan komadan çıxıb, huşu özünə gəlib. Onun gözündəki qəlpə də çıxarılıb. Bakıdan reanimatoloqların hospitala gəlməsi gözlənilir. Xəstə paytaxta aparılacaq. Əsgərin Şəmkirdəki hospitalda saxlanılmasına səbəb onun həyatının təhlükə altında olması olub.
Xatırladaq ki, Əhmədov Pərviz Vaqif oğlu 2009-cu ilin yanvarında Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Vüsalə Cənnətova

491