Qaradağda “Jeep” aşdı: 1 ölü, 8 yaralı
05 oktyabr 2009 13:45 (UTC +04:00)

Qaradağda “Jeep” aşdı: 1 ölü, 8 yaralı

Oktyabrın 4-də saat 16.25 radələrində Qaradağ rayonunun Kor-Gəz qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Güzdək qəsəbə sakini Sahib Məmhərrəmov idarə etdiyi “Jeep-Santion” markalı avtomaşını aşırıb.

Nəticədə sərnişinlərdən qəsbə sakini Toğrul Məhərrəmov hadisə yerində ölüb. Digər sərnişinlər - Mahirə Mirzəliyeva, Xəyalə Məhərrəmova, 15 yaşlı Tural Kərimov, 2 yaşlı Xanlar Qasımov, Asiman Məhərrəmov, Aysel Əşrəfova, 15 yaşlı Yusif Məmmədov və 13 yaşlı Rəsul Məcidzadə xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar