Dini təriqəti təbliğ edən iranlı Azərbaycandan qovuldu
Azərbaycanda radikal dini təriqətlərin təbliği ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı ölkədən deportasiya edilib.
Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, rayonun Maştağa qəsəbəsində yerləşən məscidlərin birində radikal dini təriqətin təbliğatının aparılması və orada dini mövzuda çıxışlar edən əcnəbi dindarın peyda olması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılıb və sözügedən məsciddə araşdırma aparılıb.
Həyata keçirilən araşdırma nəticəsində Maştağa qəsəbəsində yerləşən məsciddə radikal dini çıxışlar edən və xeyli sayda tələbəsi olan şəxsin İran İslam Respublikasının vətəndaşı, 1937-ci il təvəllüdlü Kazım Heydər oğlu Məhəmmədzadə olduğu müəyyənləşib. Onun radikal dini qruplaşmanın üzvü olduğu və ölkənin cənub bölgəsindən olan xeyli sayda gəncə Maştağa məscidində dərs verməsi məlum olub.
Hadisə barədə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi məlumatlandırılıb və iranlı dindar ölkədən dərhal deportasiya edilib.

353