“Hərbi hissədə kütləvi zəhərlənməyə antisanitariya səbəb olub”
Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzində əsgərlərin kütləvi zəhərlənməsinə həmin hərbi hissədə mövcud olan antisanitariya səbəb olub.
Lent.az-ın məlumatına görə, bu barədə Respublikanın baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib. Z.Qaralov məlum hadisə ilə bağlı cinayət işinin başlandığını qeyd edib: “Hazırda istintaq tədbirləri davam etdirilir. Əsgərlərin zəhərlənməsi barədə ekspertizanın rəyi var. Rəyə əsasən, zəhərlənməyə həmin hərbi hissədə mövcud olan antisanitariya səbəb olub. Bu qanun pozuntusunda əli olan şəxslər Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən məsuliyyətə cəlb ediliblər”.
Z.Qaralov hadisə ilə bağlı həbs edilənlərin olmadığını söyləyib.
Qeyd edək ki, bu il mayın 26-da Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən Hərbi Klinik Hospitala 164 əsgər müayinə üçün gətirilib. Hərtərəfli müayinədən sonra 158 əsgər xidmət yerinə qaytarılıb. 6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan onlar əlavə müayinə və müalicəyə cəlb edilib. Vəziyyətləri yaxşılaşdığından həmin əsgərlər də mayın 29-da xidmət yerinə göndəriliblər.
Fərid Əkbərov

365