Nişanlısını öldürən azərbaycanlı daha iki nəfəri qətlə yetirdi
01 oktyabr 2009 12:00 (UTC +04:00)

Nişanlısını öldürən azərbaycanlı daha iki nəfəri qətlə yetirdi

30 yaşlı Vladik Əsgərovu yaxalamaq mümkün olmayıb

Gürcüstanda 20 yaşlı nişanlısını öldürən Dmanisi rayon sakini daha 3 nəfəri bıçaqlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sentyabrın 28-də Marneuli rayonunun Qızılhacılı kənd sakini Flora Zeynalovanı boğaraq qətlə yetirən və qolunu kəsən Dmanisi rayonunun Qızılhacılı kənd sakini, 30 yaşlı Vladik Əsgərov hadisəni törətdikdən sonra gecə Marneuli şəhərində yaşayan taksi sürücüsü 60 yaşlı Cahangir Cəfərovla sövdələşərək onu Dmanisiyə aparmağa razı salıb.

Minik maşını ilə Vladiki 60 lariyə Dmanisiyə aparmağa razılaşan taksi sürücüsü yolda onun üst-başının qanlı olduğunu gördükdən sonra fikrindən daşınıb. Bundan acıqlanan V.Əsgərov sürücünün boğazını kəsərək qətlə yetirib. O, meyiti maşında qoyaraq, aradan çıxıb.

Həmin gecə Dmanisinin Qızılhacılı kəndinə gələn Vladik burada kənd mağazasında işləyən xalasına qarət məqsədilə hücum edib və onu yaralayıb. O, mağazaya alış-veriş etməyə gələn ata və oğul Əhmədovları da bıçaqlayaraq qarət edib. Ata Əhmədov hadisə yerində dünyasını dəyişib. Baş verənlərdən sonra Dmanisi meşələrində gizlənən Vladik Əsgərov hazırda Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381

Oxşar yazılar