Generalın qətli ilə bağlı saxlanılan köməkçisi təcridxanaya qaytarılıb
30 sentyabr 2009 15:45 (UTC +04:00)

Generalın qətli ilə bağlı saxlanılan köməkçisi təcridxanaya qaytarılıb

Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin hazırda həbsdə olan köməkçisi Aydın Rəfiyev Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasına köçürülüb.


Bu barədə APA-ya Rəfiyevlər ailəsinin yaxınları məlumat verib. Onların sözlərinə görə, Aydın Rəfiyevin ürəyində az ağrılar olsa da o, hazırda özünü normal hiss edir. Bir müddət əvvəl MTN-in İstintaq Təcridxanasında saxlanılan Aydın Rəfiyev kəskin ürək ağrıları ilə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü. Ailə üzvləri A. Rəfiyevin ürəyində həbs olunmazdan əvvəl cərrahiyyə əməliyyatı aparıldığını bildirir.


Xatırladaq ki, R. Rzayevin köməkçisi A. Rəfiyev və onun oğlu Anar bu il aprelin 16-da Yasamal rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yerləşən evlərində həbs ediliblər. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri generalın köməkçisi Aydın Rəfiyevin hərbi şəhərcikdə yerləşən mənzilinə və “Mitsubishi-Pajero” markalı maşınına baxış keçiriblər.

Baxış zamanı maşından general Rail Rzayevə məxsus 1 ədəd qış gödəkçəsi və generalın xidməti avtomobilinin dövlət nömrə nişanı aşkar edilib. Məhkəmə Anar Rəfiyevi Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 179-cu (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilərək barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan isə bu müddət istintaqın gedişatı ilə əlaqədar məhkəmənin hökmü ilə daha bir neçə ay uzadılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355

Oxşar yazılar