Narkotik qaçaqmalçısına hökm oxundu
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycandan Rusiyaya qaçaqmalçılıq yolu ilə narkotik vasitə daşımaqda ittiham olunan şəxsə hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə Bakı şəhər sakini Yusif Məmmədova 14 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 –ci (qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 –cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.
Y.Məmmədov 2008-ci ilin dekabrında Bakı-Moskva qatarı ilə Rusiya Federasiyasının ərazisinə narkotik vasitə keçirərkən Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən tutulub. Ondan 24 kq həşiş qətranı götürülüb.
Fərid Əkbərov

487