Ağstafaya sel gəlib
29 sentyabr 2009 18:15 (UTC +04:00)

Ağstafaya sel gəlib

Sel Bakı-Qazax yolunu basıb

Sentyabrın 28-də axşam saatlarında Ağstafada yağan yağışlar fəsadla nəticələnib. Rayonun Dağ Kəsəmən kəndinə sel gəlib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarov məlumat verib. Məlumata görə, o qədər də güclü olmayan sel suları Bakı-Qazax yolundan keçsə də, ciddi zərər vurmayıb. Yolda müəyyən təmir işləri görülür.

Təsərrüfatlara ziyan dəyməyib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369

Oxşar yazılar