Adnan Hacızadə və Emin Millinin məhkəməsi keçirilib
Sentyabrın 29-da Səbayel rayon Məhkəməsində Emin Milli və Adnan Hacızadənin barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Araz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər iştirak etmədiyindən Emin Millinin vəkili İsaxan Aşurov onların prosesdə iştirakının təmin edilməsini istəyib. Sonra prosesdə şahidlər dindirilib.
Hadisə baş verən “Lebanese” restoranında aşpaz işləyən Araz Allahverdiyev şahid qismində ifadə verib. O, təqsirləndirilən şəxsləri dava edən şəxslərə oxşatmadığını bildirib:” Mənə dedilər ki, dava düşüb. Mən də gəldim ayırmağa. Ayırandan sonra isə iş yerimə qayıtmışam. Restoranın işıqlanması pis olduğundan dava edənləri görmədim”
Səbayel Rayon Post Patrul Xidmətinin əməkdaşları Zahid Daşdəmirov, Bəşir Bəşirov və Emil Qasımov şahid qismində ifadə veriblər. Z.Daşdəmirov hadisə baş verən gün onlara “Lebanese” restoranında dava düşdüyü barədə məlumat daxil olduğunu və ora getdiklərini deyib. Restorandan içəri girəndə stol-stulun dağılı vəziyyətdə olduğunu deyən polis nəfəri Emin Millinin ayağının kəsildiyini, Adnan Hacızadənin isə burnunun qanadığını gördüyünü bildirib. Z.Daşdəmirov A.Hacızadə ilə E.Millini götürüb 39-cu polis bölməsinə apardıqlarını söyləyib.
Şahid qismində dindirilən Pərviz Atayev hadisə baş verən gün restoranda A.Hacızadə, E.Milli və iki nəfər -Bəhram və Nurəddin adlı şəxslərlə oturub yemək yedikləri zaman başqa stoldan Vüsal adlı şəxsin E.Milliyə yaxınlaşaraq onu nalayiq söyüşlərlə təhqir etdiyini və kəllə zərbəsi ilə onu yerə yıxdığını söyləyib. P.Atayev V.Məmmədovla birlikdə Babək Hüseynovun da nalayiq söyüşlər söydüyünü bildirib: “Mən çölə çıxdım ki, polis çağıram, çöldə polis yox idi. Sonra biz hamımız E.Milli və A.Hacızadə ilə birlikdə 9-cu polis bölməsinə getdik. Orada bizə dedilər ki, hadisə baş verən yer onların ərazisi deyil. Həmin ərazi 39-cu polis bölməsinə baxır. Biz öz ayağımızla 39-cu polis bölməsinə getdik. A.Hacızadə və E.Millini bölmədən spirtli içkili olub-olmamağını yoxlamaq üçün Narkoloji Dispanserə apardılar”.
A.Hacızadənin vəkili Elton Quliyev tibbi ekspertizanın rəyində terminlərdən çox istifadə olunduğuna görə rəyi başa düşmədiklərini bildirib. Prosesdə təqsirləndirilən şəxslərin vəkili Elton Quliyev və İsaxan Aşurov vəsatət qaldıraraq, hadisə iştirakçılarını tibbi müayinə edən ekspert həkimin məhkəməyə çağırılmasını xahiş ediblər. Dövlət ittihamçısı vəsatətin rədd edilməsini xahiş etsə də, hakim növbəti iclaslarda zərurət yaranarsa, vəsatətə baxılacağını qeyd edib.
Qeyd edək ki, E. Milli və A. Hacızadə iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər.
Proses oktyabrın 1-də davam etdiriləcək.
Fərid Əkbərov

600