Qonşu qatilinə 13 il həbs
25 sentyabr 2009 12:45 (UTC +04:00)

Qonşu qatilinə 13 il həbs

Sentyabrın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Şirvan sakini Maarif Balayevə hökm oxunub.

Lent.az-ın məlumatına görə, hakim Rauf Ağakamilovun sədrliyi ilə keçirilən prosesdə M. Balayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama əsasən, Şirvan sakini, 1942-ci il təvəllüdlü Əliyev İmran Abdulla oğlu öz evində Balayev İmran Maarif oğlu tərəfindən bıçaqlanaraq, qətlə yetirilib. Məhkəmə prosesində son sözündə təqsirləndirilən şəxs M. Balayev cinayəti törətməyinə görə peşman olduğunu bildirib: “Mən Şirvan şəhərində qız qaçırmışdım. Həmin qızı da mərhumun oğlu Bəxtiyar qaçırmaqda mənə köməklik etmişdi. Məni ailəm qəbul etmirdi. Buna görə də Bəxtiyardan bizə kirayə ev tapmasını xahiş etdim. Mən hadisə baş verən gün Bəxtiyargilə gəldim. Həmin zaman məni onun atası qarşıladı və söyməyə başladı. Məndə söyüşlərindən əsəbiləşdim və onu bıçaqla vurdum”.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415

Oxşar yazılar