“Yojik” ləqəbli qanuni oğru tutuldu
18 sentyabr 2009 20:45 (UTC +04:00)

“Yojik” ləqəbli qanuni oğru tutuldu

O, dəfələrlə məhkum olunub

Sentyabrın 17-də Gəncə şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini üzərində üzərində narkotik vasitə ilə saxlanılıb. Şəhər Polis İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, 1963-cü il təvəllüdlü, “Yojik” ləqəbli Rövşən Qocayevdən 0,424 qram heroin götürülüb.

O, əvvəllər də Cinayət Məcəlləsinin 102-ci, 134.1-ci, 206-cı, 207-ci maddələri ilə məhkum olunub, kriminal aləmdə qanuni oğru kimi tanınır.

Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə iş açılıb.

Vüsalə Cənnətova
# 303

Oxşar yazılar