Qətldə və zorlamada təqsirləndirilən şəxsə hökm oxundu
Sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam öldürməkdə və zorlamada təqsirləndirilən Şəmkir rayonu Tatar kənd sakini Arif Babayevə hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçən məhkəmə prosesində prokuror təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə),134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 149-cu (zorlama), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Prosesdə hökm oxunub. Hökmə əsasən, A.Babayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Arif Babayev 2009-cu il mayın 5-də Tovuz rayonunun Yanıxlı kəndi ərazisində Cəlilli kənd sakini Yaşar Cəfərova məxsus "VAZ-2107" markalı avtomaşına oturub bıçaqla onu qətlə yetirib və avtomaşında olan qadın sərnişin T.Ə-ni zorlayıb.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şəmkir rayonunun Tatar kənd sakini Arif Babayev tutulub, avtomaşın və Y.Cəfərovun yanmış meyiti Şəmkir rayonunun İrmaşlı kəndinin ərazisində tapılıb.
Fərid Əkbərov

586