“GEN” MMC-nin işi üzrə prosesdə hakim xəbərdarlıq etdi
Sentyabrın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə “GEN” MMC tikinti şirkətinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində ilk olaraq hakim xəbərdarlıqla çıxış edib. O bildirib ki, şənbə və bazar günləri məhkəmə işləmir. Ötən şənbə günü zərərçəkmişlərin bir neçəsi vətəndaşları məhkəmə binasının önünə yığmağa çalışıb. Hakim şənbə və bazar günləri, eyni zamanda bayram günləri məhkəmənin işləmədiyini zərərçəkmişlərin nəzərinə çatdırıb.
Sonra zərərçəkmişlərin nümayəndəsi Vidadi İsgəndərov prosesdə audioçəkilişlərin aparılmasına icazə verilməsi, GEN MMC-nin şəriki Elbrus Hacıyevin məhkəməyə çağırılması, Nəsimi, Xətai, Abşeron və Göygöl rayonlarının icra hakimiyyətləri başçılarının məhkəməyə şahid qismində çağırılması, məhkəmənin şirkətin telekanallarda yayımlanan reklam rolikini tələb etməsi, Lider, İTV, AZTV, SPACE və Türkiyənin Samanyolu televiziya kanallarının reklam sahəsində məsul şəxslərin məhkəmədə dindirilməsi və s. barədə vəsatət qaldırıb.
Proses davam edir.
Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunurlar. Cinayət işi üzrə 10 nəfər təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb.
Fərid Əkbərov

522