İsmayıllı rayonunda güclü yanğın
14 sentyabr 2009 14:15 (UTC +04:00)

İsmayıllı rayonunda güclü yanğın

Yanğının qarşısı alınarkən bir əsgər xəsarət alıb


Sentyabrın 13-də İsmayıllı rayonunda, Əyyubbəyli Kənd Bələdiyyəsinə məxsus ərazidə kol-kosla əhatə olunmuş 30 hektar sahədə yanğın baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə Nazirliyin 100-ə yaxın canlı qüvvəsi və 4 ədəd yanğınsöndürmə texnikası cəlb edilib.

Yanğın saat 20:30-da söndürülüb və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Əməliyyatda iştirak edən əsgərlərdən biri yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar