6 kilo marixuananı satmaq istəyərkən yaxalandı
11 sentyabr 2009 12:30 (UTC +04:00)

6 kilo marixuananı satmaq istəyərkən yaxalandı

Faktla bağlı cinayət işi açılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsi əməkdaşlarının sentyabrın 10-da keçirdiyi əməliyyat nəticəsində Gəncə sakininin üzərində narkotik vasitə ilə tutulub.

1968-ci il təvəllüdlü Məmmədov Natiq Göyçə oğlu 5 kq 944 qram marixuananı istintaq tərəfindən araşdırılan şəxsə 2500 manata satmaq istəyərkən saxlanılıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsinin rəis müavini Rafael İsgəndərov məlumat verib. Məmmədov dindirmə zamanı narkotik vasitəni satıb, əldə edəcəyi pulla Rusiya Federasiyasına gedəcəyini bildirib və törətdiyi əməldən peşman olduğunu söyləyib.

Toplanmış materiallar, eləcə də narkotik vasitə maddi sübut kimi götürülüb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi başlanıb.

Təqsiri sübuta yetirilsə, Natiq Məmmədovu 5 ildən 10 ilə qədər həbs gözləyir.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar