Kəmaləddin Heydərov: “Masallıdakı partlayışın texnogen qəza olduğu ehtimal edilir”
08 fevral 2011 13:35 (UTC +04:00)

Kəmaləddin Heydərov: “Masallıdakı partlayışın texnogen qəza olduğu ehtimal edilir”

APA-nın cənub bürosunun xəbərinə görə, nazir hadisə yerində jurnalistlərə açıqlamasında ehtimallara görə, hadisənin texnogen səbəblərdən baş verdiyini bildirib: “Tam təfərrüatlar ərazidə təmizləmə işləri tam başa çatandan sonra bilinəcək”.

K. Heydərov hadisə nəticəsində ölənlərin və xəsarət alanların ailələrinə yardım edilməsinin gündəmdə olduğunu açıqlayıb.

APA-nın cənub bürosu xəbər verir ki, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin, Baş Prokurorluğun əməkdaşları hadisə yerində birgə araşdırma aparırlar. Hadisə yerində süxurlardan nümunələr götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527

Oxşar yazılar