Bakıda bir gecədə 22 avtomobili qarət edən dəstə zərərsizləşdirildi
08 fevral 2011 11:24 (UTC +04:00)

Bakıda bir gecədə 22 avtomobili qarət edən dəstə zərərsizləşdirildi

Xətai Rayon Polis İdarəsi və 36-cı Polis Bölməsinin həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində xarici markalı avtomobillərin şüşələrini sındırma yolu ilə oğurluq edən 7 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.


Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakinləri Rəşid Məlikov, Elxan Alıməmmədov, Nicat Bağıyev, Elvin Musayev, Kamran Ələsgərov, Səkinə Talıbova və Qubadlı rayon sakini Rəxşan Məmmədov şübhəli şəxs qismində yaxalanıb.


Məlum olub ki, onlar ötən ilin dekabr ayında X.Məmmədov küçəsində Fərid İsmayılova məxsus «VAZ-2107» markalı avtomobilin qapısının kilidini sındırmaqla maqnitofonu oğurlayıblar. Bu il fevralın 2-nə keçən gecə isə Xətai rayonu ərazisində Əbülfət Səmədova, Salman Murquzova, Namiq Məmmədova, Fərid Həsənova, Ramin Orucova, Cavad Tacirliyə, Qabil Quliyevə, Alı Cabbarova, İlham Məmmədova və Hüseyn Verdiyevə məxsus «Mersedes», Rüstəm Səmədova məxsus «Mitsubishi», Əjdər Nəsirova məxsus «Hyundai-Sonata», Anar Əliyevə məxsus «Hyundai Tucson», Vüqar Bəşirova məxsus «Hyundai-Sonata», Rasəf Hüseynova məxsus «Tofaş», Nurməmməd Nurməmmədova məxsus «Kia Opdima» markalı avtomobillərin şüşələrini sındırmaqla oğurluğa cəhd ediblər.


Elə həmin gün Xətai rayonu ərazində Rəsul Əzizova, Zaur Cəbrayılova, Dolxan Bəşirova, Yaşar Əhmədova, Elçin Səmədova məxsus «Mersedes» markalı avtomobillərin şüşələrini sındırmaq yolu ilə mobil telefon, pul və digər əşyalar oğurlayıblar.


Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar