Kriminal avtoriteti güllələyən Ağdaş sakini 15 il iş aldı
Sentyabrın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal avtoriteti toy mərasimində qətlə yetirən Ağdaş rayon sakini, əvvəllər məhkum olunan Elxan Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən E. FərhadovAzərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 120-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunaraq 15 il azadlıqdan məhrum olunub.
Qeyd edək ki, əvvəllər məhkum olunan Ağdaş şəhər sakini, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimova tapançadan atəş açaraq, qətlə yetirib.
Hadisə 2009-cu il aprelin 4-də saat 18:00 radələrində rayon ərazisində yerləşən “Səma” şadlıq sarayında keçirilən toy məclisində baş verib.
Fərid Əkbərov

1505