Ermənilər Azərbaycan ordusunun gizirini yaralayıb
07 sentyabr 2009 14:00 (UTC +04:00)

Ermənilər Azərbaycan ordusunun gizirini yaralayıb

Hərbçi hospitala yerləşdirilib

Sentyabrın 6-da saat 16 radələrində Ermənistan Silahlı Qüvvələrinin Berd rayonu Çinarlı kəndi istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuzun Koxanəbi və Ağbulaq ərazilərindəki mövqelərini atəşə tutması nəticəsində Azərbaycan ordusunun giziri yaralanıb. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, ayağının sol bud nahiyəsindən yaralanan gizir Babaşov Şəmkir rayon hərbi hospitalına yerləşdirilib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359

Oxşar yazılar