“Texnikabank”dan aydınlaşdırıcı bəyanat
02 sentyabr 2009 17:02 (UTC +04:00)

“Texnikabank”dan aydınlaşdırıcı bəyanat

Bank rəhbərliyi özünün keçmiş işçilərinin törətdiyi cinayətin bu quruma aidiyyəti olmadığını bildirir

“Texnikabank”ın “Bakı” filialının sabiq müdiri Zal Yusifovun törətdiyi cinayət əməlləri 2008-ci ilin avqustunda bankın daxili nəzarət mexanizmləri vasitəsilə aşkarlanıb və bankın rəhbərliyi tərəfindən istintaq orqanlarına müraciət edilib. Hazırda onun törətdiyi cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılır.

Lent.az-ın məlumatına görə, “Texnikabank” ASC son vaxtlar bu qurumla bağlı mətbuatda dərc olunan yazılarla bağlı yaydığı bəyanatda belə deyilir. Bəyanatda deyilir ki, bankın rəhbərliyi barədə müxtəlif kütləvi informasiya vasitələrində gedən məlumatlar həqiqətə uyğun deyil və qərəzlidir. Belə ki, 613 saylı cinayət işi üzrə təqsirləndirilən şəxslərdən yalnız Zal Zakir oğlu Yusifov, İslam Zal oğlu Yusifov və Səmayə Hacan qızı Məmmədova bankın sabiq işçiləri olublar.

“Kütləvi İnformasiya vasitələrində gedən qərəzli yazılar cəmiyyətdə yanlış fikir formalaşdırmaqla yanaşı məhkəmə istintaqının işinə bu və ya digər şəkildə müdaxilə və təsir vasitəsi kimi dəyərləndirilməli və bankın nüfuzuna məqsədli şəkildə xələl gətirmək cəhdləri kimi qiymətləndirilir” - “Texnikabank”ın yaydığı məlumatda belə deyilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar