Kran KamAZ-ın üstünə aşdı, sürücü öldü
Bakının Nərimanov rayonunda baş verən bədbəxt hadisənin təfərrüatları məlum olub. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə saat 17.00 radələrində baş verib. Maqsud Əlizadə-59 ünvanında “Azik” firmasına məxsus “90-JB-860” dövlət nömrə nişanlı “KaMAZ” yük maşınının üzərinə “AVM” şirkətinə məxsus kran düşüb. “KaMAZ”ın sürücüsü Məmmədov Əfqan Tapdıq oğlu hadisə baş verən zaman idarə etdiyi maşından düşərək qaçıb. Lakin 5 metr kənarda kran onun üzərinə düşüb, kranın bir hissəsi həm də “KaMAZ”ın üzərinə düşüb. Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Ə.Məmmədov həlak olub. O, Ağsu rayon Abbasxanlı kənd sakinidir.
Hadisə vaxtı “KaMAZ” maşınında beton olub. Beton “Akkord” şirkətinə məxsus çoxmərtəbəli binanın tikintisi üçün istifadəyə aparılırmış.
Ərazidə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və rayon prokurorluğunun əməkdaşları araşdırma aparır.
Ramiz Mikayıloğlu

639