Kürdəmirdə qəzaya uğrayan təyyarənin qalıqları tapılıb
03 fevral 2011 18:43 (UTC +04:00)

Kürdəmirdə qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

Kürdəmir rayon Polis Şöbəsinin hadisə yerinə göndərilmiş əməkdaşlarının Lent.az-a verdiyi məlumata görə, qəza Kürdəmirin Sor-Sor və Şilyan kəndlərinin arasında baş verib. Artıq hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerindədir və ilkin müayinələr aparılır.

Qeyd edək ki, qəza zamanı ekipaj üzvləri katapult yolu ilə xilas olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O, hazırda hadisə yerində olduğunu deyib, təyyarədə olan hər iki ekipaj üzvünün xilas olduğunu bildirib: “Xoşbəxtlikdən qəza nəticəsində ölən və xəsarət alan yoxdur”.

E. Sabiroğlu hadisə barədə daha sonra geniş açıqlama veriləcəyini deyib.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar