Bakıda atışma: 1 ölü, 1 yaralı
19 avqust 2009 11:30 (UTC +04:00)

Bakıda atışma: 1 ölü, 1 yaralı

Yeznə-qayın mübahisəsi qanla nəticələnib

Avqustun 18-də saat 21:30 radələrində Bakının Bakıxanov qəsəbəsində atışma olub. Bu barədə ANS PRESS-ə hadisənin şahidləri məlumat veriblər. Şahidlərin bildirdiyinə görə, hadisə Bakıxanov dəmir yolu stansiyası yaxınlığında yeni salınmış yaşayış massivində baş verib.

BYeznə ilə qayını arasında mübahisə 32 yaşlı Mönsümov Ramiq Rafif oğlunun ölümü ilə nəticələnib. Saat 21.56 radələrində Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin növbətçi hissəsinə məlumat daxil olub ki, Yavər Əliyev küçəsi 5 ünvanında yaralı və meyit var. Dərhal hadisə yerinə rayon Polis İdarəsinin və prokurorluğunun əməkdaşları gələrək ilkin müayinələrə başlayıblar. Yaralı - 40 yaşlı Balakişiyev Etibar Ramazan oğlu təcili tibbi yardım briqadası tərəfindən 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin əməliyyatdan sonra yaralının həyatını xilas etmək mümkün olub.

Xəstəxananın növbətçi cərrahı ANS-ə bildirib ki, yaralı döş qəfəsinin sağ yarısının ön səthinin güllə yarası diaqnozu ilə daxil olub. İki güllə yarası alan Etibar Balakişiyevin vəziyyəti ağır olub. Cərrah onu da bildirib ki, yaralı əməliyyat keçirməsinə baxmayaraq vəziyyəti ağır olaraq qalır və reanimasiya şöbəsinə yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının ilkin araşdırmalardan sonra məlum olub ki, hadisə eyni tapançadan açılan atəş nəticəsində baş verib. Cərrah Aydın Kazımov, yaralının xəstəxanaya daxil olarkən hadisə barədə danışdığını da bildirib: “Xəstəxanaya gətiriləndə çətinliklə də olsa, bir az danışdı. Dediyinə görə, öz qayını ilə mübahisə edib. Nəticədə qayını tərəfindən güllələnib”.

İlkin məlumatlara görə, Ramiq Mönsümov tapança ilə yeznəsi Etibar Balakişiyevin evinə gəlib. Sonra yeznə ilə qayın evin yaxınlığnda olan qayanın yanına gələrək mübahisə ediblər. Elə bundan sonrada qətl hadisəsi baş verib.

Qətlə yetirilən Ramiq Nönsümovun meyiti məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib. Müaiynə başa çatdıqdan sonra meyit Sabunçu rayon Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya şöbəsinə aparılıb. Yaralının isə vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Şahid ifadələri alınıb.

Hadisənin dəqiq motivi isə məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21