İcra başçısı müavininin bir ildə 5-ci övladı avtoqəzada öldü
17 avqust 2009 13:00 (UTC +04:00)

İcra başçısı müavininin bir ildə 5-ci övladı avtoqəzada öldü

Şirvan şəhərində dəhşətli faciə yaşanıb

Azərbaycanın Şirvan şəhərində faciəli hadisə baş verib. Bir il ərzində Abıyevlər ailəsinin 5 üzvü - üç qardaş, qardaşlardan birinin həyat yoldaşı və bir yaşlı qızı avtomobil qəzalarında həlak olublar.

Lent.az-ın məlumatına görə, faciə Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Samid Abıyevin ailəsində baş verib. 2008-ci ilin oktyabrında baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu. Bu il avqustun 12-də Şirvanda baş verən avtomobil qəzasınada xəsarət almış üçüncü oğul - Amid Abıyev isə 3 gün sonra, avqustun 15-də Bakı klinikalarının birində dünyasını dəyişib.

Xatırladaq ki, keçən il oktyabrın 20-də həmin ailənin üzvləri 1984-cü il təvəllüdlü Abıyev Hüseyn Samid oğlu yüksək sürətlə idarə etdiyi avtomobili Hacıqabul rayonu ərazisində aşırması nəticəsində sürücünün qardaşı, 1989-cu il təvəllüdlü Abıyev Cavid Samid oğlu, qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abıyeva Validə Xəqani qızı və 2007-ci il təvəllüdlü Abıyeva Zeynəb Amid qızı hadisə yerində keçinmişdilər. Sonradan Hüseyn Abıyev də aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişmişdi.

Amid Abıyev ailənin bir il ərzində avtoqəzada həlak olan beşinci üzvü oldu...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137

Oxşar yazılar