“Quest Net”-in bütün əməkdaşları azadlıqda
13 avqust 2009 15:30 (UTC +04:00)

“Quest Net”-in bütün əməkdaşları azadlıqda

Daxili İşlər Nazirliyi tərəfindən bu ilin fevralında həyata keçirilən xüsusi əməliyyat zamanı tutulan “Quest Net” şirkətinin Azərbaycan agentliyinin sonuncu iki əməkdaşı da həbsdən azad edilib.

Bu barədə APA-ya şirkətin hüquqi təmsilçisi Natiq Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu, zərərçəkən şəxslərin şirkət əməkdaşlarına qarşı irəli sürdükləri şikayətləri geri götürməsindən sonra mümkün olub. Nərimanov rayon Məhkəməsi “Quest Net” şirkətinin Azərbaycan agentliyinin daha iki əməkdaşının barələrində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul edib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Bununla da şirkətin bütün əməkdaşları həbsdən azad olunub.

Bir müddət əvvəl isə Nərimanov rayon Məhkəməsi “Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbəri Mirvaleh Ağayev və agentliyin daha 3 əməkdaşı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi barədə qərar qəbul edib. Buna baxmayaraq, onların barəsində başlanmış cinayət işinə xitam verilməyib. Fakt üzrə istintaq tədbirləri davam etdirilir. N. Abdullayev, həmçinin “Quest Net” şirkətinin artıq Azərbaycanda rəsmi nümayəndəliyinin açıldığını və bura Namiq Abbasov adlı şəxsin rəhbərlik etdiyini bildirib.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu dəstə on minlərlə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə, 800-1500 ABŞ dollarına sataraq külli miqdarda qazanc götürüblər. Prosessual araşdırmalar göstərib ki, “Quest Net” firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri Mirvaleh Ağayevin təşkilatçılığı ilə 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verildiyi, daha 15 minə yaxın sadəlövh vətəndaşın hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadıldığı bildirilib.

Əməliyyat zamanı ilk olaraq firmanın Bakıda 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılsa da, sonradan onların hamısı həbsdən azad olunublar.
Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10