Qəzza sektorunda yaşayan azərbaycanlı Bakıya qayıtmaq istəyir
04 avqust 2009 16:15 (UTC +04:00)

Qəzza sektorunda yaşayan azərbaycanlı Bakıya qayıtmaq istəyir

Qəzza sektorunda yaşayan Azərbaycan vətəndaşı sənədlərində problem olduğundan, ölkəmizə qayıda bilmir.

Bu barədə APA-ya 13 ildir ailəsi ilə birgə Qəzza sektorunda yaşayan Dilara Abdullah məlumat verib.


Onun sözlərinə görə, İsrailin Qəzza sektorunda keçirdiyi yerüstü əməliyyatdan sonra ailəliklə Azərbaycana köçmək qərarı veriblər. Amma övladlarının sənədlərində problem olduğundan, qərarın icrasını yaya qədər təxirə salıblar.

D.Abdullahın köhnə sovet pasportunun da müddəti bitdiyindən, yeni pasport almaq üçün müvafiq sənədləri Azərbaycanın Misirdəki səfirliyinə təqdim etsə də, yanvar ayından bu yana sözügedən sənədi ala bilməyib: “Mən öz vətənimə qayıtmaq istəyirəm, amma pasportum olmadığından bu istəyimə çata bilmirəm. anamın 70 yaşı var, neçə ildir onu görmürəm. axı niyə belə olmalıdır? Mən ki, Azərbaycan vətəndaşıyam”.

Azərbaycanın Misirdəki səfirliyinin konsulluq şöbəsindən isə bildiriblər ki, D.Abdullahın sənədləri Azərbaycan XİN-ə göndərilib: “Hələlik oradan cavab almamışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527

Oxşar yazılar