Orduda “donuz qripi” təhlükəsi ilə bağlı nəzarət gücləndirilib
30 iyul 2009 17:30 (UTC +04:00)

Orduda “donuz qripi” təhlükəsi ilə bağlı nəzarət gücləndirilib

Azərbaycan Ordusunda A/H1N1 (“donuz qripi”) virusuna yoluxma təhlükəsini önləmək məqsədilə müxtəlif qoşun birləşmələrində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hərbçilərin təhlükəli virusa yoluxmaması üçün hərbi hissələrdə həkim nəzarəti həyata keçirilir. Həmçinin əsgərlərin gündəlik gigiyenik normalara riayət etmələrinə, qidalanmalarına nəzarət edilir.

Dövlət Sərhəd Xidmətindən APA-ya bildirilib ki, A/H1N1 təhlükəsi ehtimalı nəzərə alınaraq, bir neçə ay əvvəlcədən Sərhəd Qoşunlarının hərbi hissələrində qabaqlayıcı tədbirlər həyata keçirilib. Bütün hərbi hissələr, sərhəd zastavaları dərman preparatları ilə təchiz olunub, əsgərlərin bu virusa yoluxmamaları üçün lazımi tədbirlərin görülməsi barədə tapşırıqlar verilib. Komandir heyətinə əsgərlərin gigiyenik normalara riayət etmələrinə nəzarəti gücləndirmək tapşırılıb.

Daxili Qoşunlardan da APA-ya xəstəliyin yayılmaması üçün qabaqlayıcı sanitar-gigiyenik tədbirlərin görüldüyü bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar

Nazir qəzaya düşdü, sürücüsü öldü

Nazir qəzaya düşdü, sürücüsü öldü

11 dekabr 2024 , 14:21
Azərbaycanda daha bir tələbə  öldü

Azərbaycanda daha bir tələbə öldü

11 dekabr 2024 , 13:58
Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

11 dekabr 2024 , 13:11
Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

11 dekabr 2024 , 13:03
Neftçalada motosikleti kanala aşıran sürücü öldü

Neftçalada motosikleti kanala aşıran sürücü öldü

11 dekabr 2024 , 12:37
Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

11 dekabr 2024 , 11:40
Lənkəranda qadın özünü asdı

Lənkəranda qadın özünü asdı

11 dekabr 2024 , 11:19
Azərbaycanda evdə YANĞIN:  yaralanan var

Azərbaycanda evdə YANĞIN: yaralanan var

11 dekabr 2024 , 10:27