Bakı metrosunda intihar
21 yaşlı gənc özünü qatarın altına atıb
Bakı Metropoliteninin “Əhmədli” metro stansiyasında 21 yaşlı gənc özünü qatarın altına atıb. Bu barədə APA-ya Xətai rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə iyulun 29-da saat 21.00 radələrində baş verib. Naxçıvan Muxtar Respublikasının sakini, 1988-ci il təvəllüdlü Şahhüseynov Bulud Eldar oğlu özünü stansiyaya daxil olan qatarın altına ataraq intihar edib. O, ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə Yerləşdirilib. Hazırda E. Şahhüseynovun komada olduğu bildirilir. İntiharın səbəbləri isə hələ məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

578