Azərbaycanlı qadın Türkiyədə cinayətkarı zərərsizləşdirdi
29 iyul 2009 19:00 (UTC +04:00)

Azərbaycanlı qadın Türkiyədə cinayətkarı zərərsizləşdirdi

O, 3 ildir, axtarışda olan şəxsi polisə təhvil verib

Azərbaycanlı turist, 34 yaşlı Sevda Musayeva Antalyanın Kəmər rayonundakı Atatürk küçəsində hücuma məruz qalıb. O, bir bankın bankomatından kart ilə pul çıxararkən 36 yaşlı soyğunçu S.N. onun kartını ələ keçirməyə çalışıb.

Lent.az-ın türk mətbuatına istinadən yaydığı məlumata görə, Sevda Musayeva soyğunçunu zərərsizləşdirib və həmin vaxt oradan keçən polislərə təhvil verib.

Polisin apardığı araşdırmalar zamanı məlum olub ki, üzərindən Zülkif Demirin adına saxta pasport çıxan soyğunçu keçən il bir avtomobildən etdiyi oğurluq zamanı bu sənədi ələ keçirib və sonradan pasportdakı şəkli dəyişdirib.

3 ildir ki, oğurluq, soyğunçuluq, sənəd saxtalaşdırmaq və başqa cinayətlərə görə axtarılan S.N. həbsxanaya göndərilib.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar