Bakıda iki avtobus toqquşdu
29 iyul 2009 16:00 (UTC +04:00)

Bakıda iki avtobus toqquşdu

Xeyli sayda yaralı var

Azərbaycan paytaxtında iki marşrut avtobusu toqquşub, xeyli yaralanan var. Bu barədə APA-ya Xətai rayon Polis İdarəsindən məlumat verilib.


Məlumata görə, hadisə bu gün saat 11.30 radələrində Nobel prospekti, 30-da baş verib. Prospektlə hərəkət edən 197 saylı marşrut avtobusu yol kənarında dayanan “Toyota” markalı şirkət avtobusuna çırpılıb. Qəza nəticəsində marşrut avtobusunda olan 7 sərnişin xəsarət alıb. Qəzanı törədən 197 saylı marşrut avtobusunun sürücüsü dövlət nömrə nişanlarını götürərək hadisə yerindən qaçıb. Hazırda polis əməkdaşları onun tutulması və qəzanın baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür.


Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, sərnişinlər - 36 yaşlı Sənubər Əliyeva, 44 yaşlı Pərişan Abdullayeva, 18 yaşlı Səidə Rzayeva, 37 yaşlı Nəzakət Əhmədova, 41 yaşlı Həqiqət Yəhyazadə, 35 yaşlı Ramiq Rufullayev və 28 yaşlı Nizami Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə Yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar