Soyqırımı törədən 282 erməni axtarışdadır
Ermənilərin törətdikləri Xocalı və digər cinayət əməlləri ilə bağlı 282 nəfər soyqırımı ittihamı üzrə axtarışdadır
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Hərbi Prokurorluğunda bu gün keçirilən kollegiyada hərbi prokuror Xanlar Vəliyev məlumat verilib. Kollegiyada qeyd olunub ki, sözügedən faktlarla bağlı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri üzrə araşdırılır.
Hərbi prokuror onu da əlavə edib ki, cinayət işi üzrə 282 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

735