Qız ölüm anını görmək üçün iki qonşusunu qətlə yetirdi
Rusiyada, Novosibirsk şəhərində tibbi təhsil alan 24 yaşlı tələbə qız cinayət işləyib.
İnsanın ölüm anları və ölümdən sonra bədənin çürüməsi prosesini müşahidə etmək istəyən Tatyana iki yaşlı qadın qonşusunu baltayla öldürüb.
Lent.az-ın rus mətbuatına istinadən yaydığı məlumata görə, Tatyananın ilk qurbanı 85 yaşlı Olqa Stepuşenko olub. 4 gün sonra da digər qonşusu, 87 yaşlı Zoya Karpovanı baltalayıb.
Rus milisi bu bənzər cinayətləri bir manyakın törətdiyi qənaətinə gəlib və digər qonşuların ifadəsini alan zaman şübhələr Tatyana üzərində cəmləşib. Onun tez-tez öldürülən yaşlı qadınların evinə gəldiyi bildirilib. Tələbənin evi axtarılan zaman qurbanların qanı hələ üzərində olan balta tapılıb
Tatyananın ifadəsi isə şok yaradıb. O deyib ki, Olqa Stepuşenkonun başına balta ilə dəfələrlə vurub və yaşlı qadın yıxılandan sonra yanında oturaraq ölənə qədər gözləyib. Tələbə qız bu zaman inanılmaz anlar yaşadığını dilə gətirib. Tatyana 87 yaşlı Zoyanı da öldürərkən baltadan istifadə etdiyini və 8 dəfə baltayla onun başına vurduğunu etiraf edib.
Tələbə qız öldürdüyü iki yaşlı qadının çürüyən cəsədləri üzərində analiz aparmaq üçün iki həftə ərzində davamlı olaraq, onların mənzillərinə gəlib. Apardığı analizlər zamanı “maraqlı nəticələr” əldə edib. Tatyana bildirib ki, ölümün mərhələləri ilə bağlı daha detallı bilgisinin olmasını və qurdların Zoyanın bədəninə necə daraşacağını görmək istəyib. O, müşahidələrinin nəticələrini Tibb Universitetində bir tibb doktoru üçün hazırladığı tezislərdə qeyd edirmiş.
Rus mətbuatı yazır ki, qatil tələbə bir ildən sonra cərrah kimi fəaliyyətə başlamalı idi, ancaq analizlərini sona çatdırmadan həbs olunub.

1058