Qaxda dini ekstremizmi təbliğ edən bir qrup şəxs saxlanılıb
Azərbaycanın Qax rayonunda qanunsuz dini təbliğatla məşğul olan bir qrup şəxs saxlanılıb.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qanunsuz dini təbliğatla məşğul olan Mingəçevir şəhər sakinləri – Elnur İbrahimov, Mayis Abdullayev və Şükür Babaşov şübhəli şəxs qismində saxlanılıblar. Araşdırmalar zamanı onların dini ekstremizmə aid ədəbiyyatları qanunsuz yaymaları faktı aşkar edilib.
Saxlanılan şəxslərdən nurçuluğu təbliğ edən 10 ədəd dini ədəbiyyat və 4 ədəd disk götürülüb. Rayon məhkəməsinin qərarı ilə inzibati qaydada cəzalandırılan dindarlar rayondan çıxarılıblar. Rayon ərazisində fəaliyyət göstərən dini icmalara isə bu məsələlərdə diqqətli olmaları barədə xəbərdarlıq edilib.

530