Rusiyadan Azərbaycana qanunsuz keçən silahlı dəstənin 3 üzvü tutulub
21 iyul 2009 12:00 (UTC +04:00)

Rusiyadan Azərbaycana qanunsuz keçən silahlı dəstənin 3 üzvü tutulub

Onların Rusiya vətəndaşı olduğu bildirilir


Azərbaycan-Rusiya sərhədini bir neçə gün əvvəl qanunsuz keçməyə cəhd göstərən silahlı mütəşəkkil dəstənin üzvü olduğu ehtimal edilən 3 nəfər tutulub.

Bu barədə APA-ya rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, yaraqlılardan biri sərhədçilər tərəfindən Qubek dağlarında axtarış-əməliyyat tədbirləri zamanı, ikisi isə Balakən rayonu ərazisində polis tərəfindən saxlanılıb. Sərhədçilərin saxladığı yaraqlının Rusiya vətəndaşı olduğu bildirilir.

Silahlı mütəşəkkil dəstənin üzvü olmaqda şübhəli bilinən digər iki nəfər isə Balakən avtovağzalında saxlanılıb. Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, dəstə üzvləri Qubek dağlarından Mahamalar kəndinə düşərək kənd sakinlərindən onları avtovağzala aparmalarını xahiş ediblər. Sakinlərdən biri taksi kimi istifadə etdiyi avtomobillə onları avtovağzala çatdırıb. Polisə rayon mərkəzində şübhəli şəxslərin olması barədə məlumat çatan kimi dərhal avtovağzal ərazisinə əməliyyat qrupu göndərilib. Həmin şəxslər şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılanların ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onların Rusiya-Azərbaycan sərhədini qanunsuz yolla keçdiyi məlum olub. Həmin şəxslərdən birinin milliyyətcə çeçen olduğu da bildirilir.

Lakin Rusiya-Azərbaycan sərhədində aparılan əməliyyat-axtarış tədbirləri hələ başa çatmadığından və əməliyyatın məxfiliyini təmin etmək məqsədilə tutulanların adları açıqlanmır. Balakən və Zaqatala rayonlarında polis gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Digər dəstə üzvlərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, 16 iyul 2009-cu il tarixdə saat 03.00 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycanın Rusiya ilə dövlət sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.

Mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tətbiq edilib, nəticədə sərhəd naryadının üzvü, əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri məhv edilib, digər dəstə üzvü isə yaralanıb. Öz iradələrindən asılı olmayaraq, niyyətlərini başa çatdıra bilməyən silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq, meşəlik olmasından istifadə edərək, hadisə yerindən qaçıblar. Öldürülən yaraqlının üzərindən isə Avstriya dövlətinin vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənəd tapılıb. Həmin sənəddə onun adı Salman Umdayev kimi qeyd edilib. Əməliyyatçılar tapılmış sənədin saxta olub-olmadığını araşdırır.

Baş vermiş hadisə barəsində Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri məlumatlandırılıb. Fakt üzrə Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.
# 693

Oxşar yazılar

Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28
Bakıda  evdən meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

21 may 2024 , 17:15
Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

21 may 2024 , 17:07
motosiklet

Bakıda motosikletlə "avtoş"luq edən həbs olundu

21 may 2024 , 16:50
Tərtərdə MİNA PARTLADI:  ölən var

Tərtərdə MİNA PARTLADI: ölən var

21 may 2024 , 16:04