Şəmkirdə dəhşətli qətl
20 iyul 2009 13:00 (UTC +04:00)

Şəmkirdə dəhşətli qətl

Rayon sakini həmyerlisi olan qadını öldürəndən sonra evinə od vurub
İyulun 10-da Şəmkir rayonunun Düyərli kəndində, kənd sakini Tamilla İsgəndərovaya məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra T.İsgəndərovanın tüstüdən boğulmuş meyiti tapılıb.

DİN Baş Cinayət-Axtarış İdarəsi, Şəmkir RPŞ və Şəmkir rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tamilla İsgəndərovanı qətlə yetirmiş Düyərli kənd sakini Elbrus Bayramov tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar